Masallıda evdən 10 min manatlıq qızıl oğurlanıb

12:36 - 7 Avqust 2019 - HADİSƏ

Masallıda oğurluqla məşğul olan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 28-də rayon ərazisindəki bir avtomobildən ümumvətəndaşlıq pasportu, mobil telefon aksesuarı, 10 min manat dəyərində qızıl və gümüş əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş N.Səmədov Bakı şəhərində saxlanılıb.

Xəbər xətti