Kürdəmirdə 42 yaşlı qadını ilan sancıb

12:11 - 6 Avqust 2019 - HADİSƏ

Kürdəmir rayonunda 42 yaşlı qadını ilan sancıb.

Hadisə rayonun Qarasu kəndində qeydə alınıb. Belə ki, həmin kəndin sakini, 42 yaşlı Teyyubova Məhluqə Ağaxan qızı pambıq tarlasında işləyərkən onu gürzə ilanı sancıb.

Ətrafdakıların köməyi ilə yaralını dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Xəstəyə ilan zəhəri əleyhinə zərdab vurulub.
Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir./report

Xəbər xətti