Sumqayıtda güclü yanğın - Video

13:03 - 5 Avqust 2019 - HADİSƏ

Sumqayıt şəhərində yerləşən zavodlardan birinin ərazisində yanğın başlayıb.

Yanğın zamanı əmələ gələn qara tüstü şəhərin bütün ərazisindən görünür.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, şəhərin İnşaatçılar qəsəbəsində zavod ərazisində təkər tullantıları yanır.
Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir./oxu.az

Xəbər xətti