Ana səhifə
20 Noyabr 2018

Bu qızlar İŞİD-ə qatıldılar və hamilə qaldılar

Avstriyadan İŞİD-ə qatılan 2 Bosniyalı qızın hamilə olduğu iddia edilir.

 

 

Ucnoqta.az xəbər verir ki, terrorçuların brend qızları hesab edilən Samra Kesinoviç və Sabina Selimoviç Avstriyadan Suriyaya gələrək İŞİD-ə qatılıblar. Ailələrinə “Bizi axtarmayın, Allah yolunda ölməyə gedirik" deyərək ortadan qeyb olunan qızlar aprel ayından bəri itkin düşüb.

 

“Daily Mail” qəzetində dərc edilən xəbərə görə, Bosniya əsilli Avstriyalı qızlar artıq hamilədirlər. Çeçen yaraqlılarla evləndirildikləri iddia edilən qızlar, bu əlaqələrindən hamilə qalıblar.

 

Avstriya mediası isə xəbər verib ki, bu olayla bağlı ölkənin gizli xidmət orqanının rəsmiləri qızların ailələriylə əlaqə qurublar. Onların qarşısında belə tələb qoyulub ki, qızlar İŞİD-in dəstəsini tərk edərək öz ölkələrinə qayıtmalıdır, ancaq Avstriya Daxili İşlər Nazirliyinin spikeri Grundboek açıqlama yayıb ki, artıq onların geri qayıtması qeyri-mümkündür. Çünki Avstriya ölkəni qəti olaraq tərk edən immiqrantların dönmələrini az qala qeyri-mümkün hala gətirən qanunlara sahibdir. (AzNews.az)

Tarix
11 Oktyabr 2014 [14:16]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin