Bakıda güclü külək ağacı bankomatın üzərinə aşırdı - Foto

12:19 - 5 Avqust 2019 - HADİSƏ

Hazırda Bakıda müşahidə edilən güclü külək müəyyən fəsadlar törədib.

Səhər saatlarında paytaxtın Yasamal rayonunda ağac qırılıb.
Hadisə Azərbaycan Milli Elmlər Akademiyasının həyətində qeydə alınıb. Belə ki, güclü küləyin təsiri nəticəsində ağac qırılaraq binanın yaxınlığında yerləşən bankomatın üzərinə düşüb.

Hadisə nəticəsində xəsarət alan olmasa da bankomata ziyan dəyib./trend

 


Xəbər xətti