Bakı-Şamaxı yolunda yük və minik avtomobilləri toqquşub, yaralılar var

18:37 - 4 Avqust 2019 - HADİSƏ

Şamaxıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün saat 17:30 radələrində Bakı-Şamaxı yolunun Acıdərə adlanan ərazisində qeydə alınıb. "SHACMAN" markalı yük və "Dodge" markalı minik avtomobilinin toqquşması nəticəsində iki nəfər ağır xəsarət alıb. Zərbənin təsirindən yük avtomobili aşıb. 

Faktla bağlı araşdırma aparılır./Apa

 

Xəbər xətti