İranda qırıcı təyyarə qəzaya uğrayıb

17:43 - 4 Avqust 2019 - DÜNYA

İranın Buşehr əyalətində qırıcı təyyarə qəzaya uğrayıb. “Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb. Hadisə Tanqestan vilayətində baş verib. Təyyarədə iki pilot olub və onların hər ikisi sağ qalıb. "Qəzaya texniki nasazlıq səbəb olub. Təyyarədə iki pilot olub, hər ikisi sağdır", - deyə vilayət qubernatoru Əbdülhüseyn Rafiypur agentliyə bildirib.

Xəbər xətti