Mahir Emreliyə Türkiyə Super Liqasından rəsmi təklif

12:44 - 4 Avqust 2019 - İDMAN

"Qarabağ”ın hücumçusu Mahir Emreliyə xaricdən daha bir təklif gəlib.

Qol.az-ın əldə etdiyi xəbərə görə, Türkiyə Super Liqa təmsilçisi "Gənclərbirliyi” 21 yaşlı futbolçunu transfer etmək üçün Ağdam klubuna rəsmi müraciət edib. Ankara təmsilçisi Mahiri hələlik 1 illik icarə qaydasında heyətinə cəlb etmək istəyir.

Bundan başqa, İspaniya Sequndasında çıxış edən "Estremadura” klubunun da Mahiri heyətində görmək fikri ciddidir Bununla əlaqədar "Qarabağ”a rəsmi təklif irəli sürülüb.

"Qarabağ”ın Mahirin transferi ilə bağlı yaxın vaxtlarda qərar verəcəyi gözlənilir. Onun elə bu yay xarici klublardan birinə keçidi ehtimalı yüksəkdi.

Xəbər xətti