Ağstafada qohumlar arasında DAVA: qayın yeznəsini döydü

10:28 - 4 Avqust 2019 - HADİSƏ

Ağstafada döyülmə faktı qeydə alınıb.

30 yaşlı Elməddin Əsgərov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə dərhal lazımi tibbi yardım göstərilib. 30 yaşlı kişinin vəziyyətinin kafi olduğu bildirilir.

Xəstənin dediyinə görə, qohumu (qaynı) tərəfindən döyülüb. Hadisə ilə bağlı polisə məlumat verilib.

Aktla bağlı Ağstafa rayon polis şöbəsində araşdırma aparılır./oxu.az

Xəbər xətti