APOEL - "Qarabağ" matçının hakimləri açıqlanıb

16:00 - 3 Avqust 2019 - İDMAN

APOEL və "Qarabağ" komandaları arasında Kiprdə keçiriləcək UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu üçün bütün təyinatlar açıqlanıb.  Avqustun 6-da Nikosiyadakı GSP stadionunda təşkil olunacaq qarşılaşma italiyalı hakimlər briqadasına həvalə olunub.  APOEL (Kipr) - "Qarabağ" (Azərbaycan) Baş hakim: Davide Massa Yan xətt hakimləri: Fabiano Preti, Alberto Teqoni Dördüncü hakim: Rosario Abisso (hamısı İtaliya) Hakim-inspektor: Vladimir Antonov (Moldova) UEFA nümayəndəsi: Romano Klavedetşer (İsveçrə) /report

Xəbər xətti