Kürdəmirdə iki yük avtomobili toqquşub

09:48 - 3 Avqust 2019 - HADİSƏ

Kürdəmir rayonunda "MAZ" və “KAMAZ” markalı iki yük avtomobili toqquşub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kürdəmir rayonunun Karrar qəsəbəsində “MAZ” və “KAMAZ” markalı iki yük avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “MAZ” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti