Tramp Putinə meşə yanğınlarına qarşı mübarizədə kömək təklif edib

09:14 - 1 Avqust 2019 - DÜNYA

Vladimir Putin və Donald Trump arasında telefon danışığı olub. Trend-in məlumatına görə, söhbət Amerika tərəfinin təşəbbüsü ilə baş tutub. Söhbət əsnasında Amerika lideri Rusiyaya meşə yanğınlarına qarşı mübarizədə kömək etməyi təklif edib. Rusiya prezidenti Trump-a belə diqqətli münasibət və kömək və dəstək təklifi üçün səmimi təşəkkürünü bildirib. Putin, zərurət olduqda Trumpın təklifindən faydalanacağını əlavə edib və Sibirdə yanğınlarla mübarizə üçün güclü bir hava qrupunun qurulduğunu bildirib.

Xəbər xətti