Cəlilabadda orta yaşlı kişi günvurmadan ölüb

22:52 - 31 İyul 2019 - HADİSƏ

Cəlilabad sakini günvurmadan dünyasını dəyişib.

Bədbəxt hadisə Cəlilabad şəhəri ərazisində baş verib. 45-50 yaşlarında olan Anar adlı şəxs quyudakı su nasosunu təmir edərkən qəfildən yerə yıxılıb. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılan şəxsin bir müddət əvvəl dünyasını dəyişdiyi məlum olub. Yaxınları mərhumun elektrik cərəyanından öldüyünü zənn etsələr də, aparılan müayinələrə əsasən, onun günvurmadan vəfat etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır./Apa

Xəbər xətti