"Qarabağ" ÇL-nin növbəti mərhələsinə yüksəldi

22:56 - 31 İyul 2019 - İDMAN

"Qarabağ" bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxıb.

Ağdam klubu "Dalğa Arena"da İrlandiya çempionu "Dundalk"ı qəbul edib. Dublindəki ilk oyunda 1:1 hesablı heç-heçəyə razılaşan Qurban Qurbanovun komandası ev qarşılaşmasında 3:0 hesablı qələbə qazanıb və 3-cü təsnifat mərhələsinə yüksəlib. 

"Qarabağ"  növbəti raundda Kiprin APOEL klubu ilə üz-üzə gələcək.

Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi

Cavab oyunu
31 iyul
21:00. "Qarabağ" (Azərbaycan) - "Dundalk" (İrlandiya) - 3:0 
Qollar: Xayme Romero, 12, Ailton Silva, 76, Xayme Romero, 87 
Baş hakim: Sveyn Moen
İlk oyun - 1:1
Bakı, "Dalğa Arena" stadionu
/qol.az

Xəbər xətti