Göygöldə “Niva” “Qazel”lə toqquşub dərəyə aşdı - Yaralılar var

23:15 - 30 İyul 2019 - HADİSƏ

Göygöldə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəi baş verib.

Hadisə Bakı-Qazax magistral yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəktdə olan "Qazel" markalı yük avtomoibli ilə "Niva"nın toqquşması nəticəsində "Niva" yolun kənarında olan dərəyə aşıb. Nəticədə iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./qafqazinfo

Xəbər xətti