Bakıda məhbus özünü asdı

17:51 - 30 İyul 2019 - HADİSƏ

Bakıda penitensiar müəssisədə məhkum intihar edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Oxu.Az-a Qaradağ rayonunu hüquq-mühafizə orqanlarından məlumat veriblər. Hadisə ötən bazar günü Qaradağ rayonu ərazisində yerləşən 4 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində baş verib. 1976-cı il təvəllüdlü Nuriyev Nadir Tahir oğlunun meyiti səhər saat 06:00-da aşkarlanıb.

O, özünü pəncərə barmaqlığından asıb. Kişi şəxsi əmlak oğurluğuna və narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə mühakimə olunub. İntiharın səbəbləri barədə hələ məlumat verilmir. Faktla bağlı istintaqı rayon prokurorluğu aparır.

Xəbər xətti