69 zəncir, 80 sırğa, 46 sikkə, 8 medalyon — Qızın mədəsindən çıxanlar ŞOK ETDİ

14:19 - 30 İyul 2019 - DÜNYA

Hindistan cərrahları xəstənin mədəsindən 1,6 kiloqram zinnət əşyaları tapıblar.

"Ölkə.Az" Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkənin  Qərbi Benqal əyalətində yaşayan bir gənc şiddətli qarın ağrısı ilə yerli tibb müəssisəsinə müraciət edib.  Rentgen müayinəsindən sonra məlum olub ki, 22 yaşlı qızın mədəsində metal əşyalar var. Əməliyyat zamanı cərrahlar 69 zəncir, 80 sırğa, 46 sikkə, 8 medalyon, burun üçün 11 üzük, 5 bilərzik və xəstənin həzm orqanından bir ədəd saat çıxarıblar. "Tapıntı" 53 min funt sterlinq (təxminən 110 min manat)  dəyərində qiymətləndirilib. Qohumlarından biri etiraf edib  ki, ailədə müəyyən vaxtlarda qızıl zinnət əşyalarını yoxa çıxmasını hiss etməyə başlayıblar. Ancaq qız zinnət əşyalarının hara yoxa çıxdığını etiraf etməyib. Əməliyyatdan sonra qadın zinnət əşyaları qəsdən udduğunu etiraf edib.  Xəstə yaxşılaşmağa başladıqdan sonra həkimlər onu psixiatrın yanında göndəriblər.

Xəbər xətti