Göyçayda maşın yoldan çıxıb yuvarlandı - Foto

15:45 - 29 İyul 2019 - HADİSƏ

Bakı-Şamaxı-Yevlax yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Göyçayın Şahsoltanlı kəndi ərazisində qeydə alınıb.
Bakıdan Göyçay istiqamətində hərəkətdə olan minik avtomobili yoldan çıxaraq, bir neçə dəfə yuvarlanıb.
Hadisə nəticəsində sürücü, eləcə də avtomobildə olan sərnişin xəsarət alıb. Zərbənin təsirindən avtomobil yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır./oxu.az

 

Xəbər xətti