Ağstafada yeniyetmə qızı avtomobil vurub

15:25 - 29 İyul 2019 - HADİSƏ

Ağstafa rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun mərkəzi küçələrindən birində qeydə alınıb. Yolu qarşı tərəfə keçmək istəyən 10-15 yaşlı qızı avtomobil vurub.
Yaralı hadisəni törədən sürücü tərəfindən xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.//report

 

Xəbər xətti