Azərbaycanlı gəncin Rusiyada güllələnmə anı - Video

15:17 - 29 İyul 2019 - HADİSƏ

Rusiyanın İvanovo şəhərində yerləşən “Rokko” klubunun qarşısında Azərbaycan vətəndaşının güllələndiyi və hadisədən bir neçə dəqiqə sonrakı anın görüntüləri sosial şəbəkələrdə yayılıb.

“Qafqazinfo” “ivanovonews.ru” saytına istinadən xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, 1991-ci il təvəllüdlü azərbaycanlı gənc mübahisə edən bir neçə nəfəri ayırmaq istəyib. Bu zaman silahlı şəxsin yaxın məsafədən atəş açması nəticəsində o, gözündən güllə yarası alaraq yerə yıxılıb. O, hadisə yerindəcə dünyasını dəyişib.

Qətli törədən şəxs isə odlu silahını cibinə qoyaraq insident yerindən uzaqlaşıb.

 

Xəbər xətti