Dənizdə batan 12 yaşlı oğlanın meyiti tapıldı

13:06 - 29 İyul 2019 - HADİSƏ

İyulun 28- də Abşeron rayonunda dənizdə, qeyri-çimərlik ərazisində batan 2007-ci il təvəllüdlü İbadullayev Elman Telman oğlunun cəsədi tapılıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, E.İbadullayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Novxanı və Kürdəxanı çimərliklərində batan daha iki nəfərin axtarışları isə davam etdirilir.

Xəbər xətti