Bakıda mikroavtobus yük avtomobili ilə toqquşdu - xəsarət alanlar var

10:12 - 29 İyul 2019 - HADİSƏ

Bakının Qaradağ rayonu ərazisində (Sahil qəsəbəsinə çatmamış, "NUR" marketin yanında) ağır yol nəqliyyat hadisəsi baş verib, mikroavtobus yük avtomobili ilə toqquşub. Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə ilə bağlı təcili tibbi yardıma çağırış saat 7:42-də daxil olub. Hadisə yerinə 6 təcili tibbi yardım briqadası göndərilib. Qəza nəticəsində xəsarət alan 6 nəfər Kliniki Tibbi Mərkəzə çatdırılıb. Yaralılardan 2-nin vəziyyəti ağır, 4-nün vəziyyəti orta ağırdır.

Xəbər xətti