Ağstafada avtomobil dərəyə aşıb - Yaralılar var

22:25 - 28 İyul 2019 - HADİSƏ

Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Dağkəsəmən kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan minik avtomobilinin, idarəetnmədən çıxaraq, yolun kənarından dərəyə aşması nəticəsində Dağkəsəmən kənd sakinləri – 25 yaşlı Sərxan Xəlilov, 23 yaşlı Məhəmməd İbrahimov və 26 yaşlı Sərxan Musayev xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir
Faktla bağlı araşdırma aparılır./qafqazinfo

Xəbər xətti