Elmar Məmmədyarov Böyük Britaniya səfirini qəbul edib

Xarici İşlər naziri Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kerol Kroftsu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, görüşdə tərəflər iki ölkə arasında mövcud olan ikitərəfli münasibətlərin hazırkı durumu haqqında fikir mübadiləsi aparıblar. Tərəflər ölkələr arasında siyasi, iqtisadi, ticarət, mədəni-humanitar və digər sahələrdə əldə edilmiş nailiyyətlərin məmnunluq doğurduğunu ifadə ediblər.

Səfir Kerol Krofts Azərbaycanda həyata keçirdiyi diplomatik fəaliyyətindən məmnunluqla bəhs edərək diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsində göstərilən dəstəyə görə təşəkkürünü bildirdi. Ardınca K.Krofts, Azərbaycan ilə ölkəsi arasında mövcud olan qarşılıqlı faydalı əməkdaşlığın və xüsusi münasibətlərin əhəmiyyətini vurğuladı.

Söhbət əsnasında Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların hazırkı mərhələsi ilə bağlı Səfir Kerol Kroftsu məlumatlandırdı.
Tərəflər arasında, habelə qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ilə bağlı fikir mübadiləsi aparıldı.

Nazir Elmar Məmmədyarov səfir Kerol Kroftsun ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirdi və ona gələcək fəaliyyətində uğurlar arzu etdi.

Tarix
25 İyul 2019 [20:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-07-25 20:56:17
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin