24 yaşlı türk futbolçu ölü tapıldı

17:16 - 25 İyul 2019 - İDMAN

Türkiyəli gənc futbolçu Hakan Sandıqçı evində ölü tapıldı.

Futbolçudan uzun müddət xəbər ala bilməyən dostları onun evinə gəliblər. Onlar qapını sındıraraq içəri daxil olublar. Dostları Hakanın yataqda cansız bədəni ilə qarşılaşıblar.
Gənc fubolçunun ürək tutmasından dünyasını dəyişdiyi bildirilir.

24 yaşlı futbolçunun dəqiq ölüm səbəbi meyitin ekspertizasından sonra veriləcək./olke.az

Xəbər xətti