"Neftçi" bu gün "Arsenal"la qarşılaşacaq

12:00 - 25 İyul 2019 - İDMAN

“Neftçi” Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində bu gün mübarizəyə başlayacaq.

 Roberto Bordinin komandası səfərdə Rusiyanın “Arsenal” klubu ilə qarşılaşacaq. Qeyd edək ki, komandalar arasında cavab oyunu 1 həftə sonra Bakıda olacaq.

Oyun "CBC Sport" kanalından canlı yayımlanacaq.

25 iyul
Avropa Liqası
II təsnifat mərhələsi, ilk oyunlar


21:00. "Arsenal" (Tula, Rusiya) - "Neftçi" (Azərbaycan)

Baş hakim: Enea Yorci (Albaniya)
Tula (Rusiya), "Arsenal" mərkəzi stadionu.
/publika

Xəbər xətti