Ana səhifə Mobil versiya
20 Sentyabr 2019

Bakıda yolu keçən piyada zəncirvari qəzaya səbəb olub- FOTO

Bakıda 4 avtomobilin iştirakı ilə zəncirvarı qəza baş verib.

Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Məlumata görə, Alı Mustafayev küçəsi ilə hərəkət edən 01-BT-135 dövlət nömrə nişanlı "Opel Zafira" markal avtomobil yolu qadağan olunmuş yerdən keçən piyadanı vurmamaq üçün sərt tormozlanma edib. Bu zaman arxasınca hərəkət edən digər avtomobillər ona çırpılıb.

Hadisə zəncirvari qəzanın lap sonunda olan 99-TK-311 dövlət nömrə nişanlı "Toyota Prius" markalı avtomobilin sürətlə hərəkət etməsi və məsafə saxlamaması nəticəsində baş verib. Belə ki, həmin avtomobil 99-NR-358 dövlət nömrə nişanlı "Mercedes Benz"ə, o, 10-SS-668 dövlət nömrə nişanlı digər "Mercedes Benz"ə, həmin maşın isə 01-BT-135 dövlət nömrə nişanlı "Opel Zafira" markalı avtomobilə çırpılıb.

Nəticədə hər 4 avtomobilə ciddi ziyan dəyib və yolda sıxlıq yaranıb. Ölən və xəsarət alan yoxdur./report

Tarix
25 İyul 2019 [10:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-07-25 10:35:01
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin