Lənkəranda "Mercedes" aşıb, 2 nəfər xəsarət alıb

21:19 - 23 İyul 2019 - HADİSƏ

Lənkəranda "Mercedes" markalı minik avtomobili yol kənarına aşıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Lənkəran şəhərinin Girdəni kəndində "Mercedes" markalı minik avtomobili yol kənarına aşıb.

Hadisə yerinə cəlb olunan Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri müxtəlif xəsarətlər alan 2 nəfər sərnişini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti