Prezident İlham Əliyev yazıçı Murad Köhnəqalaya ev hədiyyə edib

16:46 - 23 İyul 2019 - Xəbər

Prezident İlham Əliyev yazıçı Murad Köhnəqalaya ev hədiyyə edib.  Bu barədə yazıçı "Facebook" hesabında yazıb. "Əziz dostlar! Mənzil problemimlə bağlı möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ünvanladığımız müraciət öz bəhrəsini verdi! Prezident İlham Əliyev mənim mənzillə təmin edilməyim barədə sərəncam imzalayıb. Bu şad xəbəri BŞİH-dən mənə zəng edərək bildirdilər.  Möhtərəm Prezidentimizin mənə bağışladığı ev altmış yaşıma ən gözəl hədiyyədir. Mətbuatımızın 144-cü ildönümündə məni sevindirdiyinə görə cənab Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm! Azərbaycanın xoşbəxtliyi uğrunda fəaliyyətində ona möhkəm cansağlığı, tükənməz enerji arzulayıram!  Qoy həmişə günəş olsun!", - deyə, yazıçı bildirib. /report

Xəbər xətti