Avtobus qəza törətdi, tıxac yarandı-Foto

Bu gün səhər baş verən qəza yolda hərəkəti iflic edib.

Hadisə bir qədər əvvəl "Şamaxinka" adlanan ərazidən üzü Biləcəri dairəsinə gedən yolda qeydə alınıb. Minik avtomobili 90-TJ-109 dövlət nömrəli “Volkswagen” markalı avtomobili və 92 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusu arasında baş vermiş qəza yolda sıxlıq yaradıb.

Hadisə səbəbindən Biləcəri qəsəbəsi və qəsəbəyə düşən yol bir müddət bağlı qalıb, bu səbəbdən digər marşrut avtobusları da xətdən çıxaraq yollarını dəyişiblər.
Qəza yerinə cəlb olunan Dövlət Yol Polisi əməkdaşları yaranmış problemi aradan qaldırmağa müvəffəq olublar./trend

Tarix
23 İyul 2019 [09:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-07-23 09:19:26
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin