Salyanda idarə rəisi iş otağında ölüb

17:33 - 22 İyul 2019 - HADİSƏ

Salyan rayonunda idarə rəisi iş otağında dünyasını dəyişib. Hadisə "Azərpoçt" MMC-nin Salyan filialında baş verib.  Belə ki, filialın rəisi, Salyan şəhər sakini, 1957-ci il təvəllüdlü Mehdiyev Elxan Ərəstun oğlu otağında dünyasını dəyişib. Qeyd edək ki, E.Mehdiyev bu vəzifəyə kimi bank sistemində rəhbər vəzifələrdə işləyib. /report

Xəbər xətti