"Qarabağ"ın Çempionlar Liqasındakı potensial rəqibi müəyyənləşib

"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub. 

Ağdam təmsilçisi II raundda “Dandolk” (İrlandiya) səddini keçəcəyi təqdirdə, “Sutyeska” (Monteneqro) / APOEL (Nikosiya, Kipr) cütünün qalibi ilə üz-üzə gələcək. İlk oyunlar 6-7 avqustda, cavab qarşılaşmaları isə 13 avqustda olacaq.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “Dandolk”la iyulun 24-də səfərdə, iyulun 31-də isə evdə qarşılaşacaq. Ölkə çempionu I təsnifat mərhələsində “Partizani”dən güclü olub (0:0, 2:0). /report

Tarix
22 İyul 2019 [14:16]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-07-22 14:16:38
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin