Mingəçevir su anbarında bir nəfər batıb

09:45 - 22 İyul 2019 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Mingəçevir su anbarında, qeyi-çimərlik ərazidə (nəzarətsiz) 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.​

Xəbər xətti