Ana səhifə
14 Noyabr 2018

Sabah hava necə olacaq?

Sabah səhər saatlarında bəzi yerlərdə havanın çiskinli olacağı gözlənilir.

 

Ucnoqta.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, oktyabrın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Lakin səhər saatlarında bəzi yerlərdə havanın çiskinli olacağı ehtimalı var. Gündüz mülayim cənub küləyi əsəcək.

 

Havanın temperaturunun gecə 12-14, gündüz 19-23 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 769 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 faiz  təşkil edəcək.

 

Bölgələrin hava durumuna gəlincə,  sabah hava şəraitin əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı, bəzi şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, gündüz saatlarında bəzi dağlıq ərazilərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 10-15, gündüz 19-24, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.(Axar.az)

Tarix
11 Oktyabr 2014 [13:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin