ABŞ-da iki təyyarə toqquşdu

21:49 - 21 İyul 2019 - DÜNYA

ABŞ-da iki təyyarə toqquşub.

“RİA Novosti” xəbər verir ki, hadisə Tennessi ştatının Naşvill şəhərindəki beynəlxalq aeroporta olub. Uçuşa hazırlaşan təyyarə yedəyə alınan zaman digər təyyarənin qanadına dəyib. Hər iki hava gəmisi “Southwest Airlines” şirkətinə məxsus olub.

Toqquşma zamanı xəsarət alan olmayıb.

Buna baxmayaraq, texniki baxışla əlaqədar hər iki təyyarə reysdən çıxarılıb./oxu.az

Xəbər xətti