Bərdədə güclü yanğın olub

11:30 - 21 İyul 2019 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyi Bərdə şəhərində baş verən güclü yanğınla bağlı məlumat yayıb.

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, Üzeyir Hacıbəyov küçəsində ümumi sahəsi 2000 m² olan, bir dam altında bir-birinə bitişik tikilən, müxtəlif təyinatlı obyektlərin (qalayçı sexi və mebel mağazaları) yanar konstruksiyaları 590 m² sahədə yanıb.

Tikililərin qalan hissəsi və yaxınlıqdakı məktəb binası yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti