Almaniyada təyyarə ticarət mərkəzinə düşüb, ölənlər var

22:59 - 20 İyul 2019 - DÜNYA

Almaniyada kiçik mühərrikli təyyarə ticarət mərkəzinin binasına düşüb. Bu barədə "Report" "Bild"ə istinadən xəbər verir. Bildirilir ki, hadisə ölkənin cənub-qərbində, Baden-Vyurtemberqdə qeydə alınıb. Qəza zamanı 3 nəfər həlak olub. Onlar 56, 57 və 77 yaşlı şəxslərdir. Hüquq-mühafizə orqanlarının əməkdaşları qəza ilə bağlı təhqiqat aparır. 

Xəbər xətti