Bu gün səhər saatlarında Salyanda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə köhnə Ələt-Astara magistral yolunun rayonun Yenikənd kənd ərazisindən keçən hissəsində baş verib.
Belə ki, “OKA” markalı avtomobil qəfil idarəetməni itirərək beton maneəyə çırpılıb. Qəza nəticəsində Salyan rayon sakini, 1990-cı il təvəllüdlü Cavadov Samir Xanoğlan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alan Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır./oxu.az