“Qarabağ” UEFA reytinqində irəlilədi

19:14 - 19 İyul 2019 - İDMAN

UEFA klubların yeni reytinq cədvəlini açıqlayıb.

 Azərbaycanı Çempionlar Liqasında təmsil edən yeganə klub olan “Qarabağ” reytinqdə xallarını 19.000-ə çatdırıb. Bildirilib ki, avrokuboklarda I təsnifat mərhələsini keçən Ağdam klubu bu nəticə ilə üç pillə irəliləyərək reytinqdə 69-cu yerdə qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ” klubu Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniyanın “Partizani” klubunu (0:0, 2:0) mübarizədən kənarlaşdırıb./oxu.az

Xəbər xətti