Abşeronda yol qəzası olub, xəsarət alanlar var - Foto

11:22 - 19 İyul 2019 - HADİSƏ

Abşeron rayonunda ağır-yol-nəqliyyat hadisəsi baş verib. 

Hadisə  rayonun Saray qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq "Toyota-Prado" markalı avtomobillə toqquşub. Hadisə zamanı hər iki maşına ciddi ziyan dəyib və sürücülər xəsarət alıblar.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Qəza ilə əlaqədar həmin ərazidə tıxac yaranıb./report

 


Xəbər xətti