Bakıda mebel sexi və avtomobil yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Nərimanov rayonunda ümumi sahəsi 80 m² olan tikilinin (mebel sexi kimi fəaliyyət göstərir) içərisində 10 m² sahədə taxta materialları, tullantıları və yaxınlıqda dayanan “Ford” markalı yük avtomobilinin arxa təkərləri yanıb.
Tikilinin və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb./trend