"Instagram"da "like" sayını görmək olmayacaq

08:52 - 19 İyul 2019 - Xəbər

“Instagram” sosial şəbəkəsində paylaşımlarda bəyənmə (like) və videoların baxış sayını görmək artıq mümkün olmayacaq.

Bundan sonra istifadəçinin paylaşımının altında yalnız bir ad görünəcək və yanında bəyənmə sayının əvəzinə “başqaları” sözü yer alacaq.

Bu gündən etibarən Avstraliya, Braziliya, Kanada, İrlandiya, İtaliya, Yaponiya, Yeni Zelandiyada "Instagram" istifadəçilərinin paylaşımlarına edilən bəyənmə sayını yalnız özləri görə biləcək./trend

 

Xəbər xətti