“Huawei” smartfonları “Android”lə işləməyə davam edəcək

08:42 - 19 İyul 2019 - Xəbər

“Hongmeng” əməliyyat sistemi smartfonlar üçün nəzərdə tutulmayıb.

“RİA Novosti” xəbər verir ki, bunu “Huawei Technologies”in böyük vitse-prezidenti Çen Lifan bildirib.
Onun sözlərinə görə, şirkət mobil telefonlarda “Android” sistemindən istifadə etməkdə davam edəcək, “Hongmeng” isə sənayə sahəsində istifadə olunacaq.

Qeyd edək ki, ABŞ-ın “Huawei”ə qarşı tətbiq etdiyi sanksiyalardan sonra şırkət özünün əməliyyat sisteminin hazırlandığını bildirmişdir./oxu.az

 

Xəbər xətti