"Səbail" Avropa Liqasında ilk mərhələdə mübarizəni dayandırdı

22:02 - 18 İyul 2019 - İDMAN

Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Təmsilçilərimizdən ilk olaraq “Səbail” meydana çıxıb. Aftandil Hacıyevin komandası Rumıniyada “Universitatya Krayova”nın qonağı olub. Bakıdakı görüşdə 2:3 hesabı ilə uduzan "Səbail" səfərdə də eyni hesabla məğlub olaraq, ilk dəfə iştirak etdiyi Avroliqada mübarizəni dayandırıb.

18 iyul
Avropa Liqası, 1-ci təsnifat mərhələsnin cavab oyunu


20:00 “Universitatya Krayova” (Rumıniya) – “Səbail” (Azərbaycan) - 3:2

Qollar: K. Barbut, 28 (1:0), B.Veteyelu, 53 (2:0), A. Ramazanov, 67 (1:2), D. Duventru, 69 (2:2), Forteş, 90 (3:2)
İlk oyun - 3:2
Baş hakim: Helki Mikael Yonasson (İslandiya)

Krayaova. İon Oblemanko stadionu
/qol.az

Xəbər xətti