Ana səhifə
20 Sentyabr 2018

Qurban Qurbanov: "Bu, hələ son deyil"

Məğlubiyyətə üzülmədim. Futbolda belə halların olması normaldır. Biz meydanda böyük səhvlər etdik. Bəzi futbolçular mənim tapşırığımı yerinə yetirmədi".

 

Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində məğlub olduqları "İnter"lə görüşdən sonra deyib. 

 

Təcrübəli mütəxəssis "İnter"lə Bakıdakı cavab görüşündə fərqli oyun sərgiləyəcəklərini bildirib: "Bəlkədə çoxları düşünürdü ki, bu gün "Qarabağ" müdafiə oyunu sərgiləyəcək. Amma biz bunu etmədik, topu özümüzdə saxlamaqla hücum qurmağa çalışdıq. İki real qol şansımız oldu, ancaq bunlardan yararlana bilmədik. Bu, hələ son deyil. Qarşıda bizi "İnter"lə cavab oyunu gözləyir. Bu oyunda Avropa nəhənginə qarşı etdiyimiz səhvləri analiz edib, Bakıdakı oyunda daha fərqli oyun sərgiləyəcəyik".

 

Qeyd edək ki, qrupdakı ilk oyununda evdə "Sent-Etyen"lə 0:0 bərabərə qalan "Qarabağ" ikinci matçında səfərdə "İnter"ə uduzub - 0:2.

Tarix
3 Oktyabr 2014 [10:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin