Xırdalanda su problemi 2-3 saata həll ediləcək

Abşeron rayonunda əhaliyə suyun verilməsində problem yaranıb.

Xırdalan şəhər sakinləri bildiriblər ki, 4 gündür əhaliyə su verilmir. “Azərsu”nun mətbuat katibi Anar Cəbrayıllı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hazırda Xırdalanda, hadisə yerindədir: “Su xəttinin kranı xarab olmuşdu deyə su yaxşı buraxılmırdı. Əhaliyə su verilirdi, sadəcə təzyiq aşağı olduğu üçün bəzi kənar yerlərə gedib çatmırdı. Hazırda işlər gedir, bu gündən suyun verilməsi normal qaydada davam edəcək. Bu problemin yaranması 4 gün deyil, dünəndən belə olub”.

***

Anar Cəbrayıllı bildirib ki, ərazidə təmir işləri saat 17:30 radələrində tamamlanıb: "Suyun verilməsi bərpa edilib, ilk olaraq həyət evlərinə su çatacaq. Anbarlar dolduqdan sonra hündürmərtəbəli binalar da su ilə təmin olunacaq. Bu proses ən geci 2-3 saat çəkəcək"./qafqazinfo

Tarix
18 İyul 2019 [17:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-07-18 17:57:11
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin