Aqolli "Qarabağ"ı belə təbrik etdi - FOTO

16:23 - 18 İyul 2019 - Xəbər

"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsində "Partizani" üzərində qələbəsinə sabiq futbolçusu Ansi Aqolli də biganə qalmayıb.

Albaniyalı müdafiəçi ağdamlıların onun həmyerliləri üzərində qələbəsini sosial şəbəkə vasitəsilə qeyd edib. "Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsində "Partizani" üzərində qələbəsinə sabiq futbolçusu Ansi Aqolli də biganə qalmayıb. Ucnoqta.az Matc.az saytına istinadən xəbər verir ki, albaniyalı müdafiəçi ağdamlıların onun həmyerliləri üzərində qələbəsini sosial şəbəkə vasitəsilə qeyd edib.

Belə ki, Nyu York küçələrində əlində "Qarabağ" forması ilə şəkil çəkdirən və üzərinə ürək şəkli yerləşdirən 37 yaşlı oyunçu təbrikini bu şəkildə çatdırıb. Ancaq onun bu davranışı ölkəsi Albaniyada birmənalı qarşılanmayıb.

Qeyd edək ki, Tiranada rəqibi ilə qolsuz bərabərə qalan "Qarabağ" Bakıda 2:0 hesabı ilə qalib gələrək, II mərhələyə adlayıb. 


Xəbər xətti