Qarpızdan zəhərlənmələrin səbəbkarı fermerlərdir - AÇIQLAMA

Qarpızdan zəhərlənmələr fermerlərin məhsula daha çox gübrə verməsi ilə bağlıdır.

Bunu Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri, kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli Kənd Təsərrüfatı Nazirliyinin "Dövlət Aqrar Ticarət Şirkəti" MMC-nin Şəkiyə aqrar ekoturizim layihəsi ilə bağlı infoturu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, mövsümdə qarpızla əlaqədar zəhərlənmələr olur:
"Bu qarpızın keyfiyyəti ilə bağlı deyil. Hər bir fermer məhsulunu tez yetişdirib bazara çıxarmasını və əlverişli qiymətə satmasını istəyir. Bu, gübrəni normadan çox verərək, tez yetişdirib bazara əlverişli qiymətə çıxarmaq təşəbbüsü ilə bağlıdır. Burda nitrat tərkibli gübrələrdən istifadə edilir ki, bu da sonradan mədə-bağırsaq sistemində pozğunluğa səbəb olur. Daha çox apreldə əkilir və iyunun əvvəlində bazara çıxarılır. Burda tətbiq edilən gübrələrin normasına fermerlər nəzarət etməlidir"./trend

Tarix
18 İyul 2019 [16:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-07-18 16:17:26
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin