Qızını qətlə yetirən Masallı sakininə hökm oxunub

16:13 - 18 İyul 2019 - Xəbər

Bakı Ağır Cinayətlər Məhkəməsində qızını qətlə yetirməkdə təqsirləndirilən İlqar Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, İlqar Qurbanov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Yasamal rayonu, Həsən Bəy Zərdabi küçəsində baş verib. Masallı rayonu Boradigah kənd sakini, 57 yaşlı Qurbanov İlqar Paşa oğlu rayondan gələrək "20 Yanvar" metro stansiyasının yaxınlığında qızı, 27 yaşlı Aysel Məmmədlini öldürüb.

Xatırladaq ki, bu iş üzrə məhkəmə istintaqı qapalı keçirilib.
Hadisənin namus üstündə baş verdiyi bildirilir. /report

Xəbər xətti