"Real" 200 milyon avroya görə Poqbadan imtina edir

13:38 - 18 İyul 2019 - İDMAN

"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbanın "Real"a keçidi bu yay alınmaya bilər.

Buna səbəb mankunyanların fransalı yarımmüdafiəçi üçün tələb etdiyi təzminat məbləğidir. Belə ki, "Qırmızı şeytanlar" 26 yaşlı oyunçuya 200 milyon avro qiymət qoyub, bu da "kral klubu" üçün kifayət qədər yüksək məbləğ hesab edilir.

İspaniya mətbuatı iddia edir ki, "Mançester Yunayted" rəhbərliyi bununla Poqbanı komandada saxlamaq istədiklərini bildirib. Hətta komandanın baş məşqçisi Ole-Qunnar Sulşerin yeni mövsümdən kapitanlıq sarğısını Poqbaya həvalə edəcəyi gözlənilir./trend

Xəbər xətti